Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
12:28
Milli Məclisin növbəti iclasının vaxtı dəyişdirildi

Milli Məclisin növbəti iclasının vaxtı dəyişdirilib. Milli Məclisin növbəti iclası noyabrın 27-də və 30-da keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin növbəti iclasının noyabrın 23-də və 30-da keçirilməsi nəzərdə tutulmuşdu.

Noyabrın 27-də keçiriləcək iclasda ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələri II oxunuşda müzakirə ediləcək.

Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 13-ü, 14-ü və 15-də keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Milli Məclis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com