Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
12:17
Liberman: Həması güc yolu ilə məhv etmək mümkün deyil

"Fələstinin İslami Müqaviməti Hərəkatı olan Həması hərbi gücdən istifadə etməklə məhv etmək mümkün olmayacaq". FaktXəbər bildirir ki, bu açıqlamanı "İsrail12" kanalına istefa vermiş müdafiə naziri Avqidor Liberman edib.

Onun sözlərinə görə, Qəzza zolağında öz varlığını davam etdirən Həmas təhlükəsini dəf etmək üçün başqa yollar tapmaq lazımdır.

Qeyd edək ki, İsrail rejiminin hərbçiləri ilə Həmas arasında son toqquşmadan sonra müdafiə naziri Aviqdor Liberman istefa verib. Buna qədər isə Qəzza zolağından İsrail hücumlarına cavab olaraq 500-a yaxın raket buraxılıb. 317 yaşayış evi, 51 maşın, 4 əkin yeri və bir neçə dövlət binasına ziyan dəyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Liberman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com