Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
11:29
Ermənilər əsirin geri qaytarılması üçün aksiya keçirdi - VİDEO

Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan kəndində yerli sakinlər mərkəzi yollardan birini bağlayıblar. FaktXəbər "news.am" saytına istinadən bildirir ki, buna səbəb sakinlərin Azərbaycanda əsirlikdə saxlanılan Karen Kazaryanın azad olunması üçün mövcud hökumətin heç bir addım atmamasına etiraz etməsidir.

Berdavan sakinləri 34 yaşlı Kazaryanın 4 aydan çox əsirlikdə saxlanılmasını xatırladaq onun azad olunması üçün yerli hakimiyyəti addım atamağa səsləyiblər. Narazı kütlənin qarşısına  Tavuşun qubernatoru  Vaqe Kalumyan çıxıb və onları əmin edib ki, əsirin azad edilməsi üçün danışıqlar aparılır.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Karen Kazaryan iyulun 15-də Ermənistan – Azərbaycan sərhədini keçməyə cəhd edərkən tutulub.

Ehtimal olunur ki, Ermənistana Karen Kazaryanı təhvil vermək müqabilində Dilqəm Əsgərov və Şahbaz Quliyev də Azərbaycana geri qaytarılsın. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : erməni əsir 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com