Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
11:25
1380
Qum bazilikası - FOTO

Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır.

Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir.

Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır. Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir. Sonradan Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparmışlar.

Məbədin möhtəşəm qalıqları Qum kəndinin mərkəzində yerləşir. Dövrümüzə yalnız üçnefli bazilikanın əsas hissəsi və qismən örtük kütləsi çatmışdır. Vaxtilə məbədin üçtərəfli qalereyaya malik olmasını şərq divarındakı kiçik otaqlar yaxınlığında qalmış divar qalıqları və qərb qalereyasının sütun qalıqları sübut edir. Məbədin daxili həcmi düzbucaqlı formada olmaqla 36.5x19.3 metr ölçüyə malikdir. Daxildən əsas ibadət zalı iki cüt T-formalı müstəqil sütun və bir cüt pilyastrla üç nefə bölünmüşdür.

Orta nef eninə görə yan neflərdən iki dəfə böyük olmaqla şərqdə nalformalı apsida ilə tamamlanır. Yan neflər kvadrat formalı kiçik yan otaqlarla tamamlanır ki, həmin otaqların da tağvari örtüyü dövrümüzə kimi saxlanmışdır. Binanın əsas həcmi cənub və şimalda qalereyaları formalaşdıran üçtərəfli keçidə əhatə edilmişdir. Şimal və cənub qalereyalarının şimal hissəsində uzun otaqlar yerləşir. Həmin otaqlar da şimal divarında apsidaya malikdir.

Məbədin divarları sıraların düzgünlüyü saxlanmaqla mavi və tünd yaşıl əhəng daşından inşa edilmişdir. Məbədin fasadında üzlük daşların düşdüyü yerlərdə hörgü zamanı inşa edilmiş beton formalı qarışıq görünməkdədir. Hörgü zamanı əhəng daşı və bişmiş kərpicin qarışıq istifadə edilməsi tədqiqatçı Q. Çubinaşvilinin məbədi VIII-IX əsrlərə aid etməsi üçün əsas olmuşdur. İ.A.Babayev isə qeyd edir ki, “...nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində ən qədim dövrlərdən inşaat zamanı çiy kərpic və əhəng daşı qarışığının istifadəsi tez-tez rast gəlinən haldır və bunun ən yaxşı nümunəsi II Kültəpə ərazisində aşkarlanmış tikili qalıqlarıdır. Bişmiş kərpic isə Qafqaz Albaniyası memarlığında I əsrdən istifadə edilməkdə idi.” G.Məmmədovanın fikrincə I əsrdən etibarən Qafqaz Albaniyası memarlığında çiy kərpic-əhəng daşı hörgüsü kərpic-əhəng daşı hörgüsü ilə əvəzlənə bilərdi.İnşşat tarixi islamdan əvvəlki dövrə aid olan Beşbarmaq səddi də bu cür kərpic-əhəng daşı qarışıqlı hörgüyə malikdir.

Kilsənin T-formalı arxaik görünüşə malik daxili sütunları kvadrat formalı kərpiclə üzlənmişdir. Məbədin örtüyü əsasn saxlanmamışdır. Tədqiqatçılar yan neflərin maili tağ örtüyünə malik olmasını qeyd edirlər. Orta nefin örtüyü sütunlar arasında olan arkalar, onlardan qərb divarındakı pilyastrlara və altara qədər uzanan divarların üstündə dayanırdı. Orta arkalar dövrümüzə kimi saxlanmış, yan arkaların mövcudluğunu isə yan divarlar boyunca qalmışbeton qarışığı izləri sübut edir. Tədqiqatçılar Qum bazilikasının dövrümüzə kimi saxlanmamış örtüyünü mərtəbəli taxta dam formasında və ya mərkəzi kvadrat üzərində günbəzli dam formasında bərpa edirlər.

Məqalədə : Qum bazilkası Qax 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
102

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
58

Gənclər üçün yeni iş imkanı

20

May
13:18
ÖLKƏ
83
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 17:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru