Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
11:14
2192
BDU-da vəziyyət necədir? - Mətbuat xidmətindən açıqlama

Bakı Dövlət Universitetində yoxlamaların aparılması və giriş-çıxışın bağlanması xəbərinə rəsmi cavab verilib. Universitetin mətbuat katibi Pərvanə İbrahimova “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib:

“Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir”.

Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılıb.

Yayılan məlumatda vurğulanıb ki, yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi kimi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarət olduğu göstərilib.

Məqalədə : BDU 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
615

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1678
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 07:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru