- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Noyabrın 17-də sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində olması ilə bağlı videogörüntü yayılıb.
Həmin görüntülərlə bağlı Bakı Nəqliyyat Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyi üst-üstə düşmür.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq, son anda dayandığını ehtimal edirlər:
“Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Müəyyən edilib ki, 17 noyabr gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və svetofor işləməyib (qırmızı işığı yanmayıb).
Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən videogörüntüdən də aydın bilinir ki, şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Videogörüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.
Agentlik rəsmisi bütün sosial şəbəkə istifadəçilərindən xahiş edib ki, rastlaşdıqları və qeydə aldıqları hadisələri ictimailəşdirməzdən əvvəl Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər:
“Dəqiqləşdirilməyən və ətraflı araşdırma aparmadan məlumatların təqdim ediməsi yanlış ictimai rəyin formalaşmasına xidmət edir”.
Bu açıqlamadan sonra isə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ərazidəki işıqforun işlədiyinə dair videogörüntü paylaşaraq, belə şərh verib:
“Məncə hər şey aydındır və heç bir şərhə ehtiyac yoxdur. Nə işığa, nə də ki, siqnala fikir verən yoxdur”.
“Nəticədə isə hərəkətdə olan qatarı günahkar çıxarmağa çalışırlar “profssorlar”, deyə o, dolayısı ilə Bakı Nəqliyyat Agentliyinin ittihamlarına cavab verib.
20-12-2018 12:21 Daha bir yolda hərəkət istiqamətində dəyişiklik edilib
20-12-2018 11:35 "Bakı Kart"a yüklənməyən pulları necə bərpa etmək olar? - RƏSMİ AÇIQLAMA
06-12-2018 22:05 Bakının bir sıra müntəzəm marşrut xətlərində dəyişiklik edilib
10-10-2018 09:10 Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı
07-10-2018 15:28 Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib
19-09-2018 10:59 Avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək
- 19-02-2019 10:34 Hal-hazırda paytaxtın tıxac və sıxlıq olan küçələri - SİYAHI
- 19-02-2019 10:25 "Hazırda yollardakı vəziyyəti normal hesab etmək olar"
- 18-02-2019 15:24 Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ
- 18-02-2019 10:19 Xətai rayonunda bu küçələr yenidən qurulur - VİDEO
- 15-02-2019 14:24 Bu prospektdə piyadaların işi asanlaşır - Keçid tikilir
- 15-02-2019 10:12 Səhər saatlarında Aeroport yolunda sıxlıq yaşanıb - Səbəbi Faktxəbər-də
- 14-02-2019 14:47 Bakıda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır - FOTO-VİDEO
- 14-02-2019 12:58 Azərbaycanda sürücülər üçün ekstremal şəraitdə təlimlərə start verilib
- 14-02-2019 12:13 Avtobusda siqaret çəkən sürücülər cərimələnəcək - VİDEO
- 14-02-2019 08:53 "İçərişəhər"də qatarda nasazlıq
- 13-02-2019 12:49 Mingəçevir-Bəhrəmtəpə-Beyləqan yolunun açılışı olub
- 12-02-2019 11:30 Azərbaycanda daha bir pullu yol çəkilir
- 11-02-2019 15:45 "Uber" Azərbaycan üçün yeni tətbiq hazırlayıb - "Uber Azerbaijan"
- 11-02-2019 14:07 Bakı-Şamaxı yolunda hərəkət sürəti artırılır
- 09-02-2019 12:00 Bakıda yollar niyə çökür? - SƏBƏBLƏR
- 08-02-2019 15:50 Samur çayının üzərində yeni körpünün tikintisinə baxış keçirilib
- 08-02-2019 14:27 Diqqət! Bu yolda hərəkət qismən məhdudlaşdırıldı
- 08-02-2019 10:55 Dəmiryol sistemində yenilənmə olacaq - FƏRMAN
- 07-02-2019 15:27 Zəlzələ nəticəsində yollarda çatlar yaranıb-FOTO
- 07-02-2019 15:08 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır
- 07-02-2019 14:53 "Nargilə dairəsi"ndə tıxacın aradan qaldırılması üçün ÇARƏ tapıldı - FOTO
- 06-02-2019 10:58 Sulutəpə qəsəbəsində yol infrastrukturu yenidən qurulur - VİDEO
- 05-02-2019 20:39 Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlanıb
- 05-02-2019 15:27 Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq
- 04-02-2019 15:50 Bakıda qeyri-adi parklanma - FOTO