Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2018
11:08
Bu il qeydə alınan ölüm, nikah və boşanmaların statistikası açıqlanıb

Azərbaycanda bu il qeydə alınan ölümlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən FaktXəbər-əı verilən məlumata görə, cari ilin doqquz ayı ərzində ölkədə 43640 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində Qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

2018-ci ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2594 nəfər gələn, Azərbaycandan isə 1165 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1429 nəfər təşkil edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : boşanma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com