Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
14:51
1243
Azərbaycanın ÜDM-nun həcmində böyük artım qeydə alınıb

FaktXeber.com-un verdiyi məlumata görə, Statistika Komitəsi 2018-ci ilin yanvar -oktyabr aylarında Azərbaycanın ÜDM-nun həcmini açılayıb. Açıqlamada bildirilir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65233,0 milyon manata çatmışdır.

ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir.

Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,3 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM 6648,1 manata bərabər olmuşdur.

Məqalədə : ÜDM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
39

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
55

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
410
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru