Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
14:17
REN TV: AZAL-ın təyyarəsi havada toqquşacaqmış

Azərbaycan Hava Yolları (AZAL) şirkətinə məxsus sərnişin təyyarəsi hava az qala toqquşacaqmış. FaktXəbər bildirir ki, bu iddia ilə Rusiyanın "REN TV" kanalı çıxış edib.

Hadisə noyabrın 15-də axşam saatlarında baş verib. Moskva-Penza reysi ilə hərəkəıt edən təyyarə  "Domodedovo" aeroportundan havaya qalxarkən Bakıdan "Vnukovo" hava limanına enməyə hazırlaşan təyyarə ilə toqquşmaq riski yaranıb.

Heydər ƏIiyev Beynəlxalq Hava Limanının “Operations Control Center” (OCC) dispetçer mərkəzinin məlumatlarına əsasən, AZAL aviaşirkətinin təyyarələri dünən rusiyalı həmkarlarından Moskva səmasında hər hansı təhlükə barədə məlumat almayıblar.

AZAL-ın mətbuat xidmətindən "virtualaz.org"a bildirilib ki, AZAL-ın təyyarələri havada təyyarələrin toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulmuş TCAS sistemi ilə təchiz ediliblər. TCAS sistemindən də hər hansı təhlükə ilə bağlı məlumat daxil olmayıb.

O da əlavə olunub ki, belə bir hadisə baş veribsə, Bakıdan uçan təyyarə AZAL aviaşirkətinə aid olmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AZAL 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com