Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
14:05
2461
`Sədərək` Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qaradağ rayon Yanğından Mühafizə bölməsinin rəisi Elçin Ələsgərov bildirib ki, yanğınla bağlı məlumat səhər 11:40-da daxil olub: "Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın, təxminən, 300 kvadratmetr olan anbarda baş verib. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Hadisə yerinə 9 yanğınsöndürən, 50-yə yaxın canlı qüvvə cəlb edilib".

***

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə : Sədərək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
146

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
89
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 19:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru