Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
11:18
Dövlət Departamenti Gülənin ekstradisiyasına münsibət bildirdi

Birləşmiş Ştatlar "FETÖ" lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına hazırlaşmır. FaktXəbər "Anadolu"ya istinadən bildirir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert çıxış edib.  

"Türkiyədən bu məsələdə (Gülənin ekstradisiyası) bir çox tələb almışıq. Ankaranın Gülənin ekstradisiyası ilə bağlı təqdim etdiyi sübutları hələ də qiymətləndiririk. Bu Ədliyyə Nazirliyi tərkibində gedən bir prosesdir. Ağ Evdə vəzifəli dostlarımızla danışdıq, bu məsələ ilə bağlı hər hansı müzakirənin aparılmadığını bildirdilər",-deyə Hizer Nauert vurğulayıb.

Hizer Nauert həmçinin deyib ki, ABŞ rəhbərliyinin jurnalist Camal Qaşıqçının qətli ilə bağlı Türkiyəni sakitləşdirmək üçün Fətullah Gülənin ekstradisiyasına hazırlaşması fikri əsassızdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fətullah Gülən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com