Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
09:29
Terrorbaşının Türkiyəyə ekstradisiyası üçün yaşıl işıq

ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinə Fətullah Gülənin Türkiyəyə qanuni olaraq qaytarılması yollarının araşdırılması ilə bağlı tapşırıq verib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ-ın nüfuzlu NBC televiziya kanalı xəbər verib.

Məlumata görə, Tramp bu fikrə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.

Məsələ ilə bağlı Ağ Evdən və digər qurumlardan hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, Fətullah Gülən Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur və terrorbaşı elan edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fətullah Gülən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com