Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
09:23
1349
`Barselona` rəhbərliyi Dembeledən narazıdır

“Barselona” klubunun rəhbərliyi komandanın fransalı hücumçusu Usman Dembelenin meneceri ilə görüşüb.

Klubun prezidenti Xosep Maria Bartomeu, baş direktor Xosep Segura və texniki katib Erik Abidal oyunçunun nümayəndəsinə müraciət edərək Kataloniya komandasının futbolçusdan öz işinə daha peşəkar münasibət gözlədiklərini bildiriblər. "Barselona"da Dembelenin məşqlərə vaxtında gələcəyinə və komandaya uyğunlaşmağa davam edəcəyinə ümid edirlər.

Qeyd edək ki, ispan dilini bilməməsinə görə oyunçu həmvətənləri Samuel Umtiti və Klemen Lanqledən başqa, digər komanda yoldaşları ilə dil tapa bilmir.

Dembele 2017-ci ilin yazında “Barselona”ya Dortmund “Borussiya”sından 115 milyon avroya keçib. Hazırki mövsümdə futbolçu Kataloniya klubunun heyətində 11 matçda iştirak edib, dörd qol vurub və bir nəticəli ötürmə edib.

Bundan əvvəl bildirilib ki, “Liverpul” Dembelenin kluba keçidi üçün 100 milyon avro təklif etməyə hazırdır.

Məqalədə : Usman Dembele 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
239

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
126
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 09:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru