Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
16:42
Deputatlar günün ikinci yarısı iclasdan qaçırlar
Parlamentin sədri Oqtay Əsədov: Xəbərdarlıq edirsən, nəticəsi olmur...

“Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı...”. 

FaktXəbər-in “Report”a istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, hər bir deputat iclasda iştirak etməlidir: “Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticəsi olmur...Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Oqtay Əsədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 14:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com