Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
16:28
1328
Maliyyə sektorunda `Ağıllı müqavilə`lər tətbiq olunacaq

"Azərbaycan Mərkəzi Bank (AMB) rəqəmsal identifikasiya sisteminin xüsusi komponenti olan "Ağıllı müqavilə"dən ("Smart Contract") aktiv istifadə edəcək".

Bunu Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda AMB-nin baş İnformasiya inzibatçısı Fərid Osmanov deyib. 

"Müxtəlif idarə, müəssisə və təşkilatlarda, o cümlədən kredit təşkilatlarında bir-birindən fərqlənən biznes prosesləri var. Onların optimallaşdırılması, səmərəliliyinin, effektivliyinin təmin olunması vacibdir. Bu məsələnin həllinə "Ağıllı müqavilə"lər kömək edir və bütün proseslər həmin müqavilələr əsasında formalaşır. Bununla da, biznes prosesinin dəyişdirilməsi qeyri-mümkün olur" - deyə o, qeyd edib. 

"Beynəlxalq maliyyə institutları arasında keçirilmiş sorğunun nəticələrinə görə, bankların 80%-dən çoxu “blockchain” texnologiyasının tətbiqi barədə düşünür. Son 3 ildə bu texnologiyaya 1,4 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb. Həmçinin 2 500-dən çox prototip layihələr hazırlanıb və onların patentləşdirilməsi üzrə müraciətlər edilib. Hazırda 24 ölkə bu texnologiyanın dövlət resurslarının avtomatlaşdırılmasıma tətbiqini planlaşdırır. Təbii ki, mərkəzi banklar bu prosesi diqqət mərkəzində saxlayır. Hazırda 90-dan artıq mərkəzi bankda avtomatlaşdırılma prosesinə “blockchain” texnologiyasını cəlbi barədə düşünürrlər", - deyə AMB rəsmisi əlavə edib. 

Məqalədə : Maliyyə sektoru 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
621

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1694
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 11:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru