Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
16:18
ABŞ Qətərlə Ərəb NATO-sunu müzakirə edib

Ərəb ölkələrinin NATO-sunu yaratmaq üçün danışıqlar aparan Birləşmiş Ştatlar son olaraq Qətərlə bu mövzunu müzakirə edib. FaktXəbər bildirir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo və Qətərin baş nazirinin müavini və müdafiə naziri Xalid Atiyyə arasında görüş baş tutub.

Vaşinqton yeni hərbi alyans yaratmaqla İranın Yaxın Şərqdəki nüfuzunu azaltmaq istəyir.

Pompeo və Atiyyə arasındakı görüş zamanı ABŞ-ın Qətərdəki "El-Udeyd" hava bazasının genişləndirilməsi müzakirə edilib.

Qeyd edək ki, 10 min ABŞ əsgərinin olduğu "El-Udeyd" bazası Birləşmiş Ştatların körfəzdəki ən böyük hərbi bazası sayılır.
 
Rəsmi Vaşinqton Körfəz Əməkdaşlıq Şurasına üzv 6 ölkə ilə Misir və İordaniyanın daxil olacağı bir Ərəb NATO-sunun yaradılmasını təklif edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qətər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 22:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com