Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
15:04
`Qaçqınkom`da sədr müavini işdən azad edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") yüksək vəzifələrə təyinatlar olub. 

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun vəzifədən azad olunması haqqında müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sabir Əhmədov Dövlət Komitəsinin sədr müavini təyin olunub. O, bu təyinata qədər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən Milli Məclisin deputatı Mahir Abbaszadə fondun direktoru təyin edilib./modern.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qaçqınkom 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 14:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com