Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
12:03
Reuters: Səudiyyə koalisiyası Yəməndəki hücumları dayandırdı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalasiya qüvvələri Yəmənin Hudeydə şəhərindəki hücumları dayandırıb. FaktXəbər bildirirb ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik mövzu ilə bağlı üç mənbəyə istinadən məlumat yayıb ki, koalisiya qüvvələri Yəmənin əsas liman şəhəri olan Hudeydədəki qüvvələrinə hərbi əməliyyatları dayandırmaq əmri verib.
 
Qeyd edək ki, ABŞ-ın dəstəyi ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən  bəri davam etdirdiyi hücumlarda minlərlə yəmənli həyatını itirmiş, Hudeydə limanındakı mühasirə isə əhalinin aclıqla üzləşməsinə səbəb olmuşdu.

Koalisiya əməliyyatları dayandırmaq qərarını ABŞ və BMT-nin atəşkəs çağırışından sonra verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 21:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com