Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
15:50
2484
Psixoloq və parapsixoloqdan `ÇİNÇIXARMA` hadisəsinə maraqlı yanaşma

Bir neçə gün öncə Şabran şəhərində “cincıxarma” adı ilə bir qrup şəxs 25 yaşlı gənc Murad Sultanovu çubuqla döyərək qətlə yetiriblər. Baş verən hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açıldı, Daxili İşlər Nazirliyi rəsmi məlumat yaydı. Cəmiyyətdə isə xalq təbabəti adı altında “cinçıxarama” hadisəsinə münasibət birmənalı qarşılanmadı. Növbəti belə hadisələrin baş verməməsi üçün insanlar arasında müəyyən marifləndirici tədbirlər həyata keçirilməlidir ki, vətəndaşlar cinayətkarların, fırıldaqçıların tələsinə düşməsinlər.

Bəs görəsən, hər hansı şəxs sözügüdən hadisə ilə rastlaşarsa, nə etməlidir, kimə müraciət olunmalıdır? “Cinvurma” dərdinə mübtəla olmuş şəxsdə hansı simptomlar özünü büruzə verməyə başlayır? 

Faktxeber.com bu sualla “Psixoloqiya və Konsultasiya Mərkəzi”nin psixoloqu Elnur Rüstəmova müraciət edib. 

Həmsöhbətimiz bildirdi ki, keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda praktiki psixologiya yayılmağa başladı: “Sovetlər dönəmində psixologiya akademik səviyyədə öyrənilirdi;  ali məktəblərdə tədris olunurdu, elmi araşdırmalar aparılırdı. Praktiki işlə isə məşğul olunmurdu. Buna isə alternativlər; türkəçarə, ata-baba qaydası ilə müalicələr var idi.” 

Elnur Rüstəmov ona yardım üçün müraciət edən şəxslərdən alternativ vasitələrdən istifadə edib-etməmələri haqda soruşduğunu da bildirdi: “Əksər vaxt pasiyentlər istifadə etdiklərini təsdiqləyirlər. Nəticə olmadığı üçün sonda mütəxəssis yanına gəldiklərini bildirirlər. Əlbəttə, bundan sonra da gedəcəklər. Sadəcə olaraq, Şabranda baş verən hadisə faciə ilə nəticələndiyinə görə əks-səda doğurdu.” 

Psixoloq qeyd etdi ki, “cin girmək” adlandırdığımız məsələnin hazırda elmi adı “konversion pozuntu” adlanır: “Hələ eramızdan 400 il əvvəl bu problemlər haqda ədəbiyytlarda yazılıb. Deyilirdi ki, orqanizmə nəsə girib və o hərəkət edir. Buna “ruh”, “cin” və ya “uşaqlıq” deyirdilər. Elə isteriya sözünün mənası da “uşaqlıq” deməkdir. XX əsrdə isə psixoanaliz buna fərqli yanaşmağa başladı. Simptomları müəyyən edib müalicəyə yönəldildi. Misal üçün özündəngetmə, bayılma, müxtəlif əl-qol hərəkətləri, qıcolmalar, davranışlarında qəribəliklər və sair. Bu hallar başağrısı və ya ağlamaqla müşahidə oluna da bilər. Bir qismində isə dərin yuxu fazası başlayır.”

Mütəxəssis son olaraq belə hallarla rastlaşanlara tövsiyyələrini də verdi: ““Konversion pozuntu” zamanı psixiatr və nevropotoluq qəbuluna getmək lazımdır. Biz psixoloqlar belə hallarda paralel işləyirik. Bizim dərman yazmağa ixtiyarımız yoxdur. İlk öncə müraciət edən şəxsdə problemə səbəb olan faktorlar araşdırılır, daha sonra uyğun korreksion tədbirlər görülür.”

Mövzu ilə bağlı müraciət etdiyimiz digər şəxs parapsixoloq Vüsal Mərdinli isə “cinvurma”, “cin daxilolma” problemlərinə mübtəla olmuş şəxslərin zahiri ələmətləri haqda belə dedi: “Bu insanlar anidən depresiyaya düşür, mədə-bağırsaq problemləri yaşayır, limfa vəziləri şişir, saç tökülmə müşahidə olunur. Aqresiya, tez-tez büdrəmələr, harmonal dəyişikliklər baş verir, D vitamini çatızmazlığı yaranır”.

Parapsixoloq kişilərdəki impotensiyanın, xanımlardakı vaginizm və kistaların səbibini də “cinvurma” səbəbiylə baş verə bilməsini istisna etmir. 

“Bəs bu sahədə fəaliyyət göstərən cindarların fırıldaqları ilə üzləşməmək üçün cindar seçərkən hansı xüsusiyyətlərə diqqət olunmalıdır ki, şikayətçilər aldanmasınlar” sualını cavablandıran Vüsal Mərdinli bildirdi ki, depressiv və həssas qrupa aid insanlar seçim edərkən diqqətli olmalıdırlar, radikal dini qrupların təsirindən qorunmalı, müalicəni Quran ayələri ilə aparan və bu sahədə özünü təsdiq etmiş şəxslərə müraciət etməlidirlər. Müxtəlif cadu, sehr əməllərlə müalicələrə qəti inanmamalıdırlar. 

Sonda parapsixoloq əlavə etdi ki, ona müraciət edən insanları ilk olaraq psixoloqun qəbuluna aparmağı məsləhət görür. Yalnız tibbi müalicələrin təsiri olmayandan sonra cindarın qəbuluna olmaq məqsədəuyğundur.

Məqalədə : Vüsal Mərdinli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3055

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3011

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1512

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1336

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
42

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
975

Abituriyentlərə yeni imkan yaradılıb

27

İyun
10:55
ELM / TƏHSİL
1207

Yanacaq doldurmağa girmişdi, dünyasını dəyişdi

27

İyun
10:54
HÜQUQ,HADİSƏ
989
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 12:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru