Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
14:59
Daxili Qoşunların zabiti Polşada qızıl medal qazanıb

Noyabrın 8-dən 10-dək Polşanın Polsk şəhərində əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib. Qitənin 28 ölkəsindən 400-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

FaktXeber.com-un məlumatına görə, mötəbər yarışda DİN Daxili Qoşunlarının zabiti, kapitan Aydın Həşimov çəkisi 75 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, A.Həşimov döyüş sambosu üzrə beynəlxalq dərəcəli idman ustası, Ciu-citsu idman növü üzrə “Birinci dan qara kəmər” sahibidir. O, Kik-citsu idman növü üzrə peşəkarlar arasında “Ən texnikalı idmançı” adına layiq görülüb, həmçinin bu idman növündə keçirilmiş Dünya kuboku yarışının qalibi olub. İki dəfə respublika çempionu adını qazanan A.Həşimov dəfələrlə beynəlxalq yarışlarda, hərbçilər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.

DİN Daxili Qoşunlarının daha bir hərbi qulluqçusu, baş leytenant İlqar Nəcəfli də bu yarışın favoritləri sırasında olub. O, çəkisi 85 kiloqramadək olan idmançılar arasında qarşılaşdığı bütün görüşlərdə rəqiblərinə üstün gələrək növbəti dəfə Avropa çempionu olub.

İ.Nəcəfli də mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edir. O, ikiqat dünya və Avropa çempionu, Avro-Asiya yarışının qalibi, Dünya kubokunun sahibidir.

Onu da bildirək ki, təmsilçilərimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Hikmət Hacıyev hazırlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Daxili Qoşunlar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com