Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
12:57
ABŞ Kaşıkçının qətli ilə bağlı Səud şahzadəsinin müdafiəsinə başlayıb

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton  Səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının (Xaşuqi) öldürülməsi ilə bağlı səs yazılarının vəliəhd şahzadə Məhəmməd Bin Salmanın bu işdə əli olmadığını göstərdiyini deyib.

FaktXeber.com-un Anadolu Agency-ə istinadla verdiyi məlumata görə,  ABŞ rəsmisi bu barədə ASEAN sammitində bəyan edib.

Bolton  Donald Trampın  Kaşıkçının öldürüldüyü gün – oktyabrın 2-də  İstanbuldakı  Səudiyyə Baş Konsulluğunda  nələr baş verldiyi ilə bağlı həqiqəti öyrənmək istədiyini vurğulayıb.

«Səs yazısına özüm qulaq asmamışam, ancaq dinləyənlərin  dəyərdəyərləndirməsinə görə,audio cinayətlə vəliəhd şahzadəni hər hansı bir şəkildə  əlaqələndirmir», - deyə o bildirib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan  Kaşıkçının öldürülməsi ilə bağlı səs yazıların, danışıqların Səudiyyə Ərəbistanı, ABŞ, Almaniya, Fransa və İngiltərəyə dinlətdiyini açıqlamışdı. 

Amerikanın The New York Times qəzeti  Kaşıkçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən birinin qətldən az sonra etdiyi zəngdə  vəliəhd şahzadə Məhəmməd bin Salmanı nəzərdə tutaraq «Patronunuza deyin, adamlar işlərini bitirib», - dediyi iddiasını irəli sürmüşdü.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Həmin vaxt onun nişanlısı binanın yaxınlığında 11 saat gözləyib. Konsulluq isə Kaşıkçının orda az müddət olduğunu bildirib.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

Əl-Cəzirə jurnalistin Baş Konsulluğa girdikdən 7 dəqiqə sonra öldürüldüyünü bildirib.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. Dövlət televiziyası ilə çıxış edən prokuror bəyan etdi ki, jurnalist səfirlikdə rast gəldiyi insanlarla münaqişə nəticəsində öldürülüb. Bu insanların kim olduğu isə açıqlanmır. Prokurorun sözlərinə görə, onlarla Kaşıkçı arasında düşən mübahisə davaya çevrilib, nəticədə jurnalist öldürülüb.

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. O əlavə edib ki, "Daily Sabah" qəzeti tezliklə Xaşuqcinin həyatının son dəqiqələrinin audioyazısının bir hissəsini dərc edəcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Xaşoqcinin qatillərinin Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasında olduğunu bildirib.

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 20:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com