Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
11:35
`Bəzəkli Parlaq Çəhrayı` brilyant üzük rekord qiymətə sahibini dəyişdirdi - VİDEO

Kristis Hərrac Evinin İsveçrənin Cenevrə şəhərində keçirdiyi açıq hərracda 19 karatlıq "The Pink Legacy" (Çəhrayı İrs) adlı "Bəzəkli Parlaq Çəhrayı" (Fancy Vivid Pink) brilyant üzük rekord qiymətə satılıb.

FaktXəbər-in məlumatına görə, oteldə keçirilən hərracda 24 milyon İsveçrə frankı ilkin qiymətiylə satışa təqdim olunan "Bəzəkli Parlaq Çəhrayı" üzük 44 milyon 500 min İsveçrə frankına (təxminən 75 milyon AZN)  alıcı tapıb.

Kristis Hərrac Evinin Asiya-Sakit okean bölgəsinin sədri Fransua Kuriel satışdan sonra keçirdiyi mətbuat nümayəndələrinə verdiyi açıqlamada, sözügedən çəhrayı brilyantın hər karatına düşən məbləğin dünya rekordunu qırdığını deyib.

Kuriel brilyant üzüyün şirkətin bu ana qədər açıq hərracda satışa çıxardığı "ən böyük və ən yaxşı" Bəzəkli Parlaq Çəhrayı brilyant üzük olduğunu bildirib.

O, üzüyü ABŞ-ın Harri Uinston cəvahirat şirkətinin satın aldığını deyib.

Kuriel satışdan bir neçə saniyə sonra şirkətin "The Pink Legacy" adlı brilyant üzüyün adını "Uinston Pink Legacy" kimi dəyişdiyini qeyd edib.

Qeyd edək ki, düzbucaqlı şəkildə olan təkqaş üzüyün 1920-ci illərdə Cənubi Afrika Respublikasında tapıldığını bildirib.

"Pink Legacy" almaz tacirliyi edən yəhudi əsilli milyarder "Oppenheimer" ailəsindən miras qalıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bahalı üzük 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com