Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
10:50
Suriya prezidenti Suveydada azad olan druz girovlarla görüşüb - VİDEO

Suriya prezidenti Bəşər Əsəd cari ilin iyul ayında İŞİD terrorçuları tərəfindən qaçırılan, sonra ordunun əməliyyatları nəticəsində azad olunan girovlarla görüşüb.  FaktXəbər.com-un Al-Watan-a istinadla verdiyi məlumata görə, Prezident onları  və ailə üzvlərini təbrik edib. O,  bildirib ki, dövlət nəyin bahasına olursa-olsun girovları axtarılması və azad edilməsi üçün əlindən gələni edəcək.

Görüş əsnasında xilas olunanların yaxınları sevinclərin bildirmək üçün Bəşər Əsədi çiyinləri üstünə qaldırıb və prezidenti, Suriya hökumətini dəstəkləyən şüarlar səsləndiriblər.

Xatırladaq ki, iyul ayının 25-də İŞİD terror təşkilatı Suveydada druzlara hücum çəkərək  250 nəfəri öldürmüş, 35 nəfəri isə qaçırmışdıSuriya ordusu mütəmadi əməliyyatlar keçirərək terrorçular tərəfindən qaçırılanları xilas edib. Sonuncu dəfə əməliyyat zamanı 19 druz qadın və uşaq azad edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : druz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com