Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
09:57
1678
Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq

"Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, diametri 720 millimetrlik “Qaradağ-Digah” magistral qaz kəmərinin 27-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar noyabrın 14-də saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Sulutəpə”, “Alatava”, “Xocasən” qaz paylayıcı stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. Zəruri təmir işləri ilə əlaqədar Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsi, Sulutəpə, Hökməli, Atyalı, Qobu, Güzdək, Aşağı Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyinin, Nəsimi rayonunun Tbilisi prospekti, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocasən qəsəbələrinin, Matadrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin, həmçinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Məqalədə : Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
621

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1694
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru