Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
09:13
Nemət Pənahlı azadlığa çıxdı

Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarı başa çatdığı üçün o saxlanıldığı Nəsimi rayon polis idarəsindən azadlığa buraxılıb.

Nemət Pənahlı oktyabrın 12-də Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı. 

Bir neçə gün onun yeri haqqında məlumat almaq mümkün olmamışdı. 

O, Bakı Apellyasiya Məhkəməsinə 30 sutka həbs qərarından şikayət ərizəsi təqdim etmişdi. Pənahlı Apellyasiya Məhkəməsində çıxışı zamanı həbsinin siyasi sifariş olduğunu bildirmişdi, Apellyasiya Məhkəməsi isə onun 30 sutka inzibati qaydada olan həbs qərarını qüvvədə saxlamışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nemət Pənahlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com