Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
16:34
1356
Bazarda qiymətlər böyük sürətlə inkişaf edir - Vahid Əhmədov

Deputat Vahid Əhmədov ərzaq və dərman bazarında qiymətlərin bahalaşmasından danışıb.

O, parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, milli valyutamızın gələn il və ondan sonrakı 3 il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub: “Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin görək, nə baş verir? Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu göstərilən xəttlə mütənasib deyil”.

Deputat həmçinin Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyi müsbət dəyərləndirib: “Sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi. Ona görə də məcbur idilər ki, gizlədilmələr aparsınlar və ikili mühasibatlığa baş vursunlar”.

Azərbaycanın xarici dövlət borcu məsələsinə də toxunan V. Əhmədov vurğulayıb ki, adambaşına xarici dövlət borcu 1000 dollar təşkil edir: “Bu da ÜDM-nin 22 faizini təşkil edir, yəni, 9,6 milyard manat deməkdir. Amma bunun büdcə hesabına ödənməsi düzgün deyil. Bu borcu hansı qurum alıbsa, özü də qaytarmalıdır”. (qafqazinfo)

Məqalədə : Vahid Əhmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
626

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1169
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 01:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru