Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
12:46
Oturacaqlara sancılmış şpris başlıqları ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.

FaktXeber.com-un verdiyi məlumata görə, Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz instagram səhifəsində paylaşıb: 

“Sonradan ucuz reytinq arxasınca qaçan bəzi aztanınan saytlarımız həmin fotoları götürərək öz səhifələrində yerləşdiriblər və iddia ediblər ki, guya bu şəkillər Abşeronda – daha dəqiq, Xırdalanda yerləşən parklardan birində çəkilib. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib. Belə ki, araşdırmalar zamanı o da məlum olub ki, fotolar hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim başqa bir dövlətin ərazisində çəkilib və bir müddət əvvəl də elə həmin ölkənin mətbuatında dərc edilərək geniş müzakirə olunub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : şpris 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com