Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
12:07
Yeni və köhnə qaydaları arasında çaş-baş qalanlar – Onlar üçün ən yaxşı çıxış yolu

2019-cu ildən ali məktəblərə qəbul imtahanları yeni qaydalar əsasında təşkil olunacaq. Yenilik bir il öncədən elan olunsa da, ötən il X sinifdə təhsil alan şagirdlərin əksəriyyəti imtahanlara ənənəvi qaydalar əsasında hazırlaşıblar.

Bunun da əsas səbəbi DİM tərəfindən yeni imtahan modeli ilə bağlı detalların ictimaiyyətə gec elan olunmasıyla bağlıdır.

FaktXeber.com-un verdiyə məlumata görə, mövzuyla bağlı təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a danışıb. Onun sözlərinə görə, ötən il X sinif şagirdləri ənənəvi qaydalarla qəbul imtahanlarına hazırlaşıblar:

“Həmin şagirdlər köhnə, ənənəvi tədris proqramı ilə hazırlanmış dərslik və digər vəsaitlərdən istifadə ediblər. Köhnə qaydalar abituriyentlər üçün daha rahat idi. Ona görə ki, abituriyentə dərs deyən müəllim də, hazırlıq keçən repetitor da bu qaydalara uyğun tədris apara bilirdi. Sanki bu qaydaların bir ənənəsi olub. Bu ilki qaydalarda isə köklü fərqlər var. Ona görə ki, tədris yeni proqramla (kurikulumla) aparılıb və bu işin nəticəsinin qiymətləndirmə üsulu, qiymətləndirmə vasitələri və  qiymətləndirmə  meyarları da yenilənib. Bu tamamilə normal haldır”.

Ekspert hesab edir ki, builki məzunlar və bundan sonrakı illərin məzunlarının  aqibəti onlara dərs deyən müəllimlər və repetitorların yeni qaydalara uyğun tədris qurmağından asılı olacaq:

Qiymətləndirmədə tətbiq olunan yenilikləri kim çevik və düzgün qəbul edə bilsə, həmin abituriyentlər üçün imtahanlar rahat olacaq. Bu işə müəllimlər və hazırlıq keçən repetitorlar da dəstək verməlidirlər. Arzu edirəm ki, abituriyentlər bu yenilikləri çevik və düzgün qəbul edə bilsinlər”.

Yardımlı rayonu Şıxhüseynli kənd orta məktəbinin Tarix və Coğrafiya müəllimi Posu Mansırlı yenilikləri bu ildən etibarən DİM-in yeni tipli sualları ilə hazırlaşdırdığı barədə söz açıb:

“Əvvəllər internetdən əldə etdiyim vəsaitlər və məktəb kitabları ilə, indi isə DİM-in nəşr etdiyi vəsaitlərlə çalışırıq. Artıq DİM yeni tipli qaydalarla qəbul imtahanı aparacağını elan edəndən sonra fənlər üzrə bir çox kitablar nəşr olunub. Bu da, həm müəllimlərin, həm də şagird və abituriyentlərin köməyinə gəlir. Lakin vaxt baxımından bəzi çətinliklər yaranır. Yeni qaydalarla imtahanın təşkil olunacağını ötən ildən bilsək də, detallar barədə dəqiq məlumat yox idi. Ona görə indi daha sürətli hazırlaşırıq. Çətinliklər abituriyentdən fərqli olaraq dəyişir. Bəziləri üçün heç bir çətinlik olmur. Bəziləri üçün isə xüsusi problemlər yaşanır. Onlar üçün əlavə saatlarda məşğul oluram”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq.

Buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəbul imtahanları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com