Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
11:19
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 16-da, saat 12:30-da Bərdə şəhərində vətəndaşları qəbul edəcək. 

FaktXeber.com-un Nazirliyin Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, qəbulda Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinləri onlara göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı iştirak edə bilərlər.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 22:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com