Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
10:38
Avropa Parlamentindən Səudiyyə ilə bağlı embarqo qərarı

Avropa Parlamentinin (AP) üzvləri jurnalist Camal Kaşıkçının qətlindən sonra Səudiyyə Ərəbistanına silah embarqosunu nəzərdə tutan qərar layihəsi hazırlayıb. FaktXəbər bildirir ki, avropalı parlamentarilər 1-ə qarşı 325 səslə qətnaməni qəbul ediblər.

Səudiyyə Ərəbistanına Avropa Birliyi miqyasında silah embarqosunun tətbiq olunmasını tələb edən AP-nin deputatları bu məsələsində konkret addım atıb. Yeni hazırlanan qətnamə Səudiyyə Ərəbistanına silah embarqosu və bunun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə də şamil olunmasını nəzərdə tutur.

"Avropa Parlamenti Səudiyyə Ərəbistanı, BƏƏ və Yəməndəki koalisiya qüvvələrinə BMT-nin səlahiyyətli orqanları tərəfindən aşkar edilən ciddi insan haqları pozuntuları səbəbindən silah ixracaatını uyğun görmür",-deyə qtənamədə qeyd olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avropa Parlamenti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com