Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
10:28
1184
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatında uğurlu nəticə əldə ediblər.

FaktXəbər bildirir ki, idmançılarımız yarışı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar. İrina Zaretskanın (-68 kq) çempionluğu və Rafael Ağayevin (-75 kq) bürünc medal qazanması Azərbaycanı 140 ölkə arasında 7-ci pilləyə yüksəldib. Kişilərdən ibarət milli komandamız isə yaponiyalı idmançılarla bürünc medal uğrunda həlledici görüşü 2:2 hesabı ilə başa vursa da, 4 xal fərqi ilə geridə qalaraq mükafat şansını əldən verib.

Dünya çempionatının rekord sayda iştirakçıları arasında 27 ölkə idmançısı medala sahib ola bilib. Karateçilərimiz bu nəticə ilə həm dünya reytinq cədvəlində irəliləyib, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırıblar.

Daha bir idmançımız Sahib Əhədov para-karate üzrə dünya çempionatının finalına yüksəlsə də, yapon rəqibindən 0,9 xal geri qalaraq gümüş medala layiq görülüb. Bu yarışda isə Azərbaycan 33 ölkə arasında 8-ci nəticə göstərib. Para-karate yarışlarında 11 ölkə idmançısı medal qazana bilib.

Yarışın hakimləri arasında yeganə təmsilçimiz, beynəlxalq hakim Cahangir Babayevə etimad göstərilərək final görüşlərini də idarə etmək həvalə olunub.

Məqalədə : karate 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
54

Günün qarşılaşmaları TV AFİŞA

22

May
12:30
İDMAN
967

Kolleclərə qəbul üzrə minimal ballar

22

May
12:22
ELM / TƏHSİL
559

Ümidli və ümidsiz insan arasındakı fərq

22

May
12:07
RAMAZAN AYI
108

Monitorinq olacaq

22

May
11:11
HƏRB
49
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 13:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru