Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
09:40
Marvel komikslərinin müəllifi Sten Li dünyasını dəyişib

Hörümçək adam, Halk, X-adamlar, "Yenilməzlər" barədə komikslərin müəllifi Sten Li 95 yaşında dünyasını dəyişib. Bu barədə  TMZ portalı  mərhumun qızı Coana istinadla xəbər verib.

Qız atasının xəstəxanada öldüyünü deyib, lakin ölüm səbəbini açıqlamayıb.

KİV-də Sten Linin pnevmaniyadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Sten Li, Cek Körbi və Stiv Ditko kimi bir neçə rəssamla birlikdə Hörümçək adam, Halk, Doktor Strenc, X-adamlar, «Fantastik dördlük» və bir sıra başqa fantastik film qəhrəmanlarının müəllifidir.

Bundan başqa o, bir sıra filmlərdə epizodik rollar icra edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Marvel 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com