Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
09:07
1555
İran Mərkəzi Bankı SWIFT sistemindən kənarlaşdırılıb

Beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SWIFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə Vaşinqtonu məlumatlandırıb.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib.

O, xəbərdarlıq edib ki, Amerika İrana qarşı öz sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.

ABŞ rəsmisinin sözlərinə görə, xeyli sayda Avropa şirkəti İranı tərk edir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqının (Aİ) İranla xarici ticarə hesablaşmaları üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsü ABŞ-ı narahat etmir. O, hesab edir ki, Aİ və ABŞ birgə işləmək üçün əlavə mexanizmlər yarada bilər.

"İranla bağlı daha çox şeylərin qəbul ediləcəyini görəcəksiniz", - deyə Mandelker əlavə edib. 

Məqalədə : İran sanksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
223

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
123
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 07:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru