Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
16:04
ABŞ Sincara 5 terror düşərgəsi yaradıb

Türkiyə ordusu Şimali İraq sərhədindən 40 kilometr daxil olaraq son əməliyyatlarda Qəndil, Zap, Avaşin və Basyanda 48 terror bazasını məhv edib. 

FaktXəbər-in Türkiyə müdiasına istinadən məlumatına görə, Qəndildə qalan çoxlu sayda PKK terrorçusu bölgəni tərk edərək Sincara getdiyi bildirilir.

Zarqos meydanı adlandırılan Yüksekova-Şemdinli-Çukurca xəttində PKK-nın Türkiyə əlaqələri tamamilə sıradan çıxarılıb. Türkiya Silahlı Qüvvələri (TSQ) "preventiv zərbə" taktikasını işə salaraq terrorçular harada yuva salırsa, oraya gedib məhv etməyə başlayıb.

Az sayda terrorçunun qaldığı Qəndilə qarşı quru və hava əməliyyatları artırılıb. Bölgədə qalan terrorçuların İran sərhədinə doğru yönəldiyi müəyyənləşdirilib.

PKK-nın Qəndildəki başçılarını axtarış siyahısına daxil edən, ancaq əməkdaşlıqdan əl çəkməyən ABŞ, terror təşkilatının Sincarda yuva salması üçün 5 yeni hərbi baza yaradıb. TSQ-nin keçirdiyi hava əməliyyatlarından sonra bölgəyə sığınan terrorbaşıların çoxunun məhz İraq sərhədindəki Sincara yönəldiyi məlum olub. 

Suriyada PKK-PYD terror qruplaşması Afrin və ətrafında yaratdıqları tunellərin oxşarını Menbiç ətafında da yaratmaq üçün hərəkətə keçib. Terrorçu qrupların tunelqazma işləri ortaya çıxdıqda isə, bölgə ötən həftə top atəşinə tutulmuşdu. Bombardmandan sonra işi dayandıran terrorçular yenidən işə başlayıb. Şəhər ətrafındakı yüksəkliklərdə bir maşının rahatlıqla girəcəyi şəkildə tunel qazıntıları başladılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : PKK 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 22:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com