Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
15:40
Səudiyyə şahzadəsinin iranlı generala sui-qəsd planı ortaya çıxıb

Səudiyyə Ərəbistanı rəhbərliyinin İranın İnqilab Keçikçilər Korpusunun "Qüds" briqadasının komandanı Qasim Süleymani də daxil olmaqla, Tehranın bəzi rəsmilərinə sui-qəsd planı üçün ABŞ və İsrailin özəl şirkətləri və Tramp rəhbərliyi ilə danışıqlar aparması ortaya çıxıb. FaktXəbər bildirir ki, bu barədə "New York Times" qəzeti yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanını danışıqlarda vəliəhd şahzadə Məhəmməd bin Salman təmsil edib. Camal Kaşıkçı qətli ilə əlaqədar ötən ay vəzifədən çıxarılan səudiyyəli general Əhməd əl-Assiri də vəliəhd şahzadəni danışıqlarda müşayiət edib.
 
2016-ci ildə İranın iqtisadiyyatını çökdürmək planı istiqamətində başlayan danışıqlar BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyanın müşaviri Livan əsilli amerikalı Corc Nader və İsrail kəşfiyyatı ilə sıx əlaqələri olan Joel Zamel ilə aparılıb. Həmin plan əsasında ər-Riyad və Nyu-Yorkda keçirilən bir sıra iclaslarda Səudiyyə rəsmiləri İran vətəndaşlarına sui-qəsd məsələsini gündəmə gətirilib.

Səudiyyəli general Əhməd əl-Assiri iranlı həmkarı Qasim Süleymani və adı açıqlanmayan yüksəkçinli digər İran rəsmisinə sui-qəsd həyata keçirilməsi üçün özəl şirkətlərlə müqavilə planlaşdırıldığını təsdiqləyib. 2016-2017-ci illər arasında aparılan danışıqlara ABŞ-ın "Blackwater" şirkətinin keçmiş prezidenti və Trampın keçid dövründəki müşaviri Erik Prins də daxil olub.

Məqalədə : Səudiyyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3715

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2723

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2127

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1842
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 17:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru