Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
15:09
Mirabdulla milliyə çağırılmasından danışdı

“Milliyə çağırılmağım sevindirici haldır. Hər bir futbolçunun arzuladığı bir şeydir. Oynayacağım halda əlimdən gələni edəcəyəm ki, milli komandaya xeyir verim”.

FaktXəbər-in məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib. İlk dəfə milli komandaya çağırılan gənc forvard bununla bağlı təəssüratlarını açıqlayıb: “İlk dəfə çağırıldığımdan mənim üçün sürpriz oldu. Amma açığı, Qurban Qurbanovdan dəvət gözləyirdim”.

Mirabdullanın fikrincə, “Qarabağ”la oyunda (3:1) vurduğu qollar yox, bu mövsümkü çıxışı milliyə dəvət almasında əsas rol oynayıb: “Düşünürəm ki, əsas qol yox, oyundur. Baş məşqçi də çıxışıma qiymət verib, mənə dəvət göndərib. Milliyə davamlı olaraq çağırılıb-çağırılmayacağımı zaman göstərəcək. Mən tərəfdən deyə bilərəm ki, bundan sonra da yığmaya çağırılmaq üçün əlimdən gələni edəcəyəm”.

Abbasov UEFA Millətlər Liqasının Farer adaları və Kosovo ilə oyunları haqda da qısaca olaraq fikirlərini bildirib: “Əvvəlcədən fərqlənib-fərqlənməyəcəyimi deyə bilmərəm. İnanıram ki, komanda qələbə qazanar. Bir oyunçunun qol vurmağı vacib deyil”.

Qeyd edək ki, noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək millimiz 3 gün sonra səfərdə Kosovo ilə qarşılaşacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mirabdulla Abbasov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 20:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com