Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
12:06
Jirinovski: Qarabağ probleminin həlli Azərbaycanın Rusiya ilə federasiyada birləşməsindən asılıdır

FaktXəbər-in məlumatına görə, Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski "Report" informasiya agentliyinə müsahibə verib. Müsahibənin oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq onu təqdim edirik.

- Xoş gördük, Vladimir Volfoviç. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin dörd dəfə görüşüblər. Bu fakt sevindirməyə bilməz. Zəhmət olmasa, bu görüşlərin nəticələri və perspektivləri barədə məlumat verərdiniz.

Yalnız vahid dövlət çərçivəsində biz bu cür anlaşılmazlıqları aradan qaldıra bilərik, daha kimsə başqasının onun torpağını işğal etdiyinə görə narahat olmayacaq, bütün bunlar ümumi olacaq.

- Ölkələrimizin rəhbərliyi arasında əlaqələr müntəzəm olaraq baş verir və bu, qonşu olduğumuza, bir çox ümumi maraqlarımız olduğuna görə təbii haldır. Birincisi, Rusiya kimi dövlətin başçısı sülh və müharibənin qlobal məsələlərini həll edir, bütün planetin problemlərindən narahatdır, lakin ən yaxın qonşularımız beynəlxalq əlaqələrin qurulması baxımından, əlbəttə ki, hər zaman prioritetdir. Mən də dəfələrlə Azərbaycanda olmuşam, əvvəlki və indiki prezidentlə şəxsən tanışam.

Rusiyanı Azərbaycanla indi həm də siyasi cəhətdən Qərbə deyil, Cənuba doğru hərəkət etmək yaxınlaşdırır. Hətta Türkiyə, İran, İraq və Azərbaycanla konfederativ ittifaq da yarada bilərik. Bunu bir neçə dəfə təklif etmişəm, şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etmişəm. Əlbəttə, Rusiya ilə adlarını çəkdiyim ölkələr arasında yerləşən Azərbaycan üçün bu, daha uzaq Avropa ilə münasibətlərdən daha çox faydalı olardı. Belə bir ittifaq çərçivəsində Rusiyada istehsal etməyin çətin olduğu bütün cənub məhsullarını almağa və qarşılığında hərbi və mülki texnologiyalarımızı, enerjimizi verməyə hazırıq.

- Sizcə, Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməli olan ən vacib sahələri hansılardır?

- Münasibətlərimizin mühüm aspekti Rusiyada yaşayan və işləyən milyonlarla azərbaycanlı miqrantdır. Silahlanma, ordu, müdafiə sahələrindəki layihələr bizi əlaqələndirir.

Danışıqlar üçün vacib mövzu Türkiyə ilə qonşuluqdur. Dediyim kimi, bu, cənubdakı potensial əsas tərəfdaşımızdır. Böyük əhalisi olan böyük iqtisadiyyat. Azərbaycan bizim aramızda yerləşir və daha da yaxınlaşsaq, onların da əlaqələrimizə cəlb edilməsi qaçılmaz olacaq.

Üçüncüsü, nəqliyyatdır. Rusiya Asiya və Qafqazı Avropaya birbaşa birləşdirən körpüdür. Əlavə sərhədsiz, tamamilə təhlükəsiz. Dağlar boyunca və bir çox sərhədlərdən keçməklə, özü də tez-tez hərbi cəhətdən qeyri-sabit bölgələr vasitəsilə yollar tikməkdənsə, bunu Rusiya ərazisi ilə etmək daha yaxşıdır.

- Hazırda ölkələrimiz arasında həll edilməmiş məsələlər varmı?

- Həll olunmayan problemlər barədə danışırıqsa, bu, Dağlıq Qarabağdır. Bu münaqişə, demək olar, 30 ildir qalır. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Mərkəzi Asiya ölkələri - hər yerdə oxşar problemlər var. Yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla Rusiya ilə federasiyada birləşmək. Əlbəttə ki, yalnız könüllü qaydada, referendum yolu ilə. Yalnız vahid dövlət çərçivəsində biz bu cür anlaşılmazlıqları aradan qaldıra bilərik, daha kimsə başqasının onun torpağını işğal etdiyinə görə narahat olmayacaq, bütün bunlar ümumi olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Jirinovski Qarabağ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 15:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com