Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
11:41
Kaliforniya tarixinin ən güclü yanğınında ölənlərin sayı artıb-VİDEO

Amerikanın Kaliforniya ştatında meşə yanğınlarında ölənlərin sayı 31-ə çatıb. FaktXeber.com-un məlumatına görə, bu barədə  USA Today xəbər verib.

Bundan başqa  228 nəfər itkin düşüb.

Qeyd edək ki, Kaliforniyanın şimalında  cümə axşamı günü başlayan yanğın ştat tarixinin ən dağıdıcı fəlakəti sayılıb.

Telekanalın məlumatına görə, "Camp" yanğını 45 hektar sahəni əhatə edib, bazar günü səhər onun 25 faizi nəzarətə alınıb. Alov 6,47 min  tikilini məhv edib.

Kaliforniyanın cənubunda isə iki yanğın tüğyan edir: "Woolsey" yanğını  33 ha sahəni əhatə edib və cəmi 10 faizi nəzarətə alınıb. Digər yanğın "HİLL"  1,8 ha sahəyə yayılıb və artıq 75 faiz hissəsi nəzarətə alınıb.

Ştatın cənubunda yanğın zamanı ümumilikdə 179 tikili məhv olub, daha 57 min tikili təhlükədədir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : meşə yanğın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 14:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com