Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
11:50
Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi

Tanınmış jurnalist Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.

FaktXəbər-in məlumatına görə, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib:

“Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin əmrinə əsasən, qurumun İctimai Əlaqələr şöbəsinin rəisinin müavini təyin edilib”.

Qeyd edək ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayevdir.

İki gün əvvəl Y.İsakovun DTX-da məsul vəzifəyə təyin olunduğu bildirilsə də, söhbətin hansı vəzifədən getdiyi açıqlanmamışdı.

Y. İsakov bu təyinatadək Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmin vəzifəyədək isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

Y.İsakov daha əvvəllər “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Xatırladaq ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com