Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
09:36
1585
Yeni xəbər kanalı bu gün daxili test yayımına çıxacaq

“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 bu gün daxili test yayımına çıxacaq”.

Bunu açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib. 

O bildirib ki, xüsusi ekspert qrupu bir həftə ərzində televiziyanı daxili test yayımında izləyəcək, yekun rəydən sonra telekanal fəaliyyətə başlayacaq.

İ.Həsənov qeyd edib ki, ekspert qrupunun tərkibinə yerli və xarici mütəxəssislər daxildir: “Bütün səylərimiz izləyicilərimizə daha dolğun bir məzmunda verlişlər təqdim etməyə hesablanıb. Gələn həftə ərzində tamaşaçılar telekanalı açıq yayımda izləyə biləcəklər”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib. (report.az)

Məqalədə : Yeni xəbər kanalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
145

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
89
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 19:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru