Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
22:58
UEFA Avropa Liqası: `Fənərbağça` `Anderlext`ə 2-0 hesabı ilə qalib gəlib

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin dördüncü turu çərçivəsində Türkiyənin “Fənərbağça” futbol klubu Belçikanın “Anderlext” komandasına 2-0 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə isə fənərbağçalı futbolçular rəqibə daha çox təzyiq etməyə başlayıblar. “Fənərbağça”ya qalibiyyəti gətirən qolları 71-ci dəqiqədə Mathieu Valbuena və 74-cü dəqiqədə Michael Frey vurublar. Rəqibin oyunçusu Bakkali 79-cu dəqiqədə ikinci sarı vərəqə alaraq, meydançanı tərk edib.

Beləliklə, 4 oyundan sonra UEFA Avropa Liqasının D qrupunda xallarının sayını 7-yə çatdıran “Fənərbağça” ikinci sırada yer alıb. Birinci yerdə “Dinamo Zaqreb” (3 oyun, 9 xal), üçüncü yerdə “Spartak Trnava” (3 oyun, 3 xal), dördüncü yerdə isə “Anderlext” (4 oyun, 1 xal) qərarlaşıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : UEFA Avropa Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 05:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com