Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
15:26
Bakıda dünya çempionu məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb.

O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, prokuror çıxışında U.Orucovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.(report.az)

Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dünya çempionu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 17:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com