Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
13:32
1373
“Buldozer sərgisi” ilə tarixə düşən əfsanəvi rəssam dünyasını dəyişdi-FOTO

Tanınmış rusiyalı və fransız rəssam, dünyaca məşhur «Buldozer sərgisi»nin  təşkilatçsısı Oskar Rabin  Florensiyada dünyasını dəyişib. 

FaktXeber.com-un MK-ya istinadla məlumatına görə, bu barədə Rusiyanın Vatikandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, bu gün rəssam  Florensiyada personal sərgisinin açılışını edəcəkdi.

O, kəskin ürək tutmasından xəstəxana dünyasını dəyişib.

Qeyd: 1930-cu ildən 1980-ci ilə kimi  Sovet İttifaqı incəsənətdə rəsmi olaraq  ancaq sinfi mübarizə və kommunizmi əks etdirən sosial realizm üslubunu qəbul edirdi. Bu ideologiyadan kənara çıxan rəssamlar isə  hökumt tərəfindən tanınmır və tez-tez sərt tənqidlərə tuş gəlirdilər, incidilirdilər. Onların əsərləri heç bir müəssisədə nümayiş olunmurdu.

O zaman gənc rəssamlar Vitaliy Komarov və Aleksandr Melamidin təklifi, Aleksandr Qlezerlə  Oskar Rabinin təşkilatçılığı ilə açıq havada sərgi keçirmək qərarına gəlinir. Həmin vaxta qədər belə bir təşəbbüs irəli sürülmədiyindən bunu qadağan edən qanun da yox idi.

15 sentyabr 1974-ci ildə avanqardçı rəssamlar açıq havada rəsm sərgisi keçirmək üçün toplanırlar.

Lakin iştirakçıların bəziləri hətta öz əsərlərini düzməyə belə macal tapmamış hakimiyyət strukturları çoxsaylı milis dəstələrini, susəpən maşınlar və buldozerlər buraya yönəltməklə sərgini dağıdır, rəssamları, tamaşaçıları, xarici jurnalistləri döyür, həbs edirlər. Nyu-York Tayms-ın jurnalistini elə öz kamerası ilə dişini sındırırlar. Şahidlərin sözlərinə görə, buldozerin çanağına ilişən Oskar Rabin isə sərgi ərazisi boyü sürüklənir.

Sərginin dağıdılmasına buldozerlər də qatıldığı üçün sonradan bu olaya “buldozer sərgisi” adını vermişdilər. Ancaq bu olaydan sonra, çox keçmədən, rəssamlara bəlli bir yaradıcılıq azadlığı verdilər.

Məqalədə : Buldozerlər sərgisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
101

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
115

Laçının işğalından 27 il ötür

18

May
11:35
ÖLKƏ
234

Azərbaycan əhalisinin gəlirləri 5,5% artıb

18

May
10:28
İQTİSADİYYAT
141
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 12:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru