Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
13:25
Zakir Həsənov cəbhə xəttindəki vəziyyətlə bağlı tapşırıq verdi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə FaktXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusu qarşısında qoyduğu tapşırıqları rəhbər heyətə çatdıran müdafiə naziri bundan irəli gələn məsələlərin qoşunlarda vaxtında və daha keyfiyyətli icrasını təmin etmək barədə konkret göstəriş verib.

Müdafiə naziri keçiriləcək komanda-qərargah hərb oyunlarında əsas diqqətin ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi və qarşılıqlı fəaliyyətin düzgün təşkilinə yönəldilməsini tapşırıb.

Cəbhə xəttindəki vəziyyətə toxunan general-polkovnik Z.Həsənov qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə, nizam-intizama, döyüş növbətçiliyinin təşkili və aparılmasında sayıqlığının artırılmasına, eləcə də qış mövsümünə hazırlıq işlərinin yekunlaşdırlmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə şəxsi heyəti təbrik edən Müdafiə naziri bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də andiçmə mərasimlərinin yüksək səviyyədə təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Zakir Həsənov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com