Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
12:40
Neft Emalı Zavodu məhkəməyə veriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, nəticələrə əsasən, qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft Emalı Zavoduna icrası məcburi olan “məcburi göstəriş” verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neft Emalı Zavodu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com