Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
12:02
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat davam edir. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytında elektron qeydiyyatdan keçməklə müsabiqə yolu ilə təşkil olunur.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yerin çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, noyabrın 5-dən başlayan elektron sənəd qəbulu noyabrın 9-dək davam edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məktəb direktoru 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com