Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
11:19
Dünyada müxalifləri bu proqram vasitəsilə izləyirlər

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq sistem analitiki Edvard Snouden bildirib ki, İstanbuldakı konsulluqda öldürülən səudiyyəli jurnalist Camal Kaşıkçını təqib etmək üçün İsrail istehsalı olan casus proqramından istifadə edilib. FaktXəbər-in məlumatına görə, bu barədə Snouden Təl-Əvivdə keçirilən konfransdakı çıxışı zamanı danışıb.

Video-konfrans yoluyla çıxışı zamanı Evdard Snouden həmçinin deyib ki, İsrailin "NSO Group" kimi bəzi şirkətlərinin satdıqları casus proqramlar müxtəlif ölkələrdəki rəhbərliklərə öz müxaliflərini izləməyə imkan verir.

Camal Kaşıkçının qətlinə toxunan Snouden vurğulayıb ki, səudiyyəli jurnalistin ölümündən qabaq onun Kanadada sürgündə olan bir dostunun telefonuna "Pegasus" adlı casus proqramı yüklənilib: "Məhz onun dostunun telefonuna yüklənən proqram sayəsində Kaşıkçı barəsində informasiya toplanılıb. Səudiyyə Ərəbistanı Kaşıkçının randevu alması ilə bağlı konsulluğa gedəcəyini əvvəlcədən bilirdi. Həqiqətən onlar (Səudiyyə) İsrail şirkəti tərəfindən yazılan bir proqram sayəsində onun (Qaşıqçı) bir neçə dostunu təqib edib". 

Qeyd edək ki, Kanadanın "The Citizen Lab" adlı araşdırma qrupu da Kaşıkçının qətlindən bir gün əvvəl dərc etdiyi hesabatda göstərib ki, səudiyyəli jurnalistin dostu olan və Kanadada yaşayan Səudiyyə Ərəbistanı rəhbərliyinə müxalif Ömər Əbdüləzizin telefonuna ötən yaz "Pegasus" adlı casus proqramı yüklənilib.

Nəzərinizə çatdıraq ki, mobil telefonda istənilən məlumata çatmağa imkan verən "Pegasus" dünyanın ən güclü mobil casus proqramı sayılır. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 17:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com