Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
09:32
Pensionerin yaşayış minimumu ilə eksperiment keçirən deputat 14 günə 6 kq arıqlayıb - VİDEO

Rusiyanın Saratov əyalətinin deputatı Nikolay Bondarenko eksperiment zamanı doyunca yeyə bilmədiyi üçün 6 kq arıqlayıb. FaktXeber.com-un TASS-a istinadla məlumatına görə, eksperimentə əsasən o, 1 ay müddətində  3,5 min rublla yaşamalı idi.

«Mən eksperimentin əvvəlində 94 kq idim, düz 2 həftə əvvəl. İndi isə az qala 88 kq olmuşam, arıqlamışam», - deyə o, etiraf edib.

Bondarenko bildirib ki, əsasən taxıl bitkiləri və tərəvəzlərlə qidalanır. O, ezamiyyətlərdə də yeməkdən imtina edir və eksperimentin şəffaflığını qorumaq üçün yeməyini özü hazırlayır.

Qeyd edək ki, oktyabrın 24-də regionun hazırda işdən qovulmuş əmək naziri ilə qalmaqallı mübahisədən sonra Bondarenko eksperiment keçirməyə və ayda 3,5 min rublla yaşamağa qərar vermişdi. Artıq noyabrın əvvəlində o, menyunun rəngarəng olmamasından şikayətlənmişdi.

Oktyabr ayında saratovlu nazir Natalya Sokolova bəyan etmişdi ki, pensionerin yaşayış minimumu onun minimum fizioloji tələbatını ödəyir. Özünün bu məbləğdə pulla yaşaması barədə təklifə isə məmur bəyan etmişdi ki, bu onun statusu ilə uyğun deyil. Bundan sonra o, işdən qovulmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya deputat 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com