Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
09:01
Dini Komitənin avtomobillərinin sayı limiti artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərara dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 21-ci hissəsinin “cəmi” sütununda “14” rəqəmləri “20” rəqəmləri ilə, “ərazi və yerli bölmələr üzrə” sütununda isə “9” rəqəmi “15” rəqəmlərlə əvəzlənib. Bununla da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin cəmi say həddi (limiti) 14-dən 20-dək artırılıb. Eyni zamanda komitənin ərazi və yerli bölmələr üzrə avtomobillərin say limiti 9 avtomobildən 15 avtomobilədək artlrlıb. 

Xatırladaq ki, büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait də artırılıb. 2019-cu il dövlət büdcəsi zərfinə əsasən, 2019-cu ildə Komitəyə 2 milyon 712 min 027 manat vəsaitin ayrılması planlaşdırılır. Bu məbləğ 2018-ci ildəki məbləğdən 331 min 825 manat çoxdur.

Məqalədə : Dini Komitə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15787

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14462

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15871

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15465

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20832

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15359

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15494
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 22:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru