Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
17:07
ABŞ tarixində ilk dəfə müsəlman xanımlar Konqresə seçilib-VİDEO

ABŞ tarixində ilk dəfə olaraq müsəlman xanımlar Konqresinin  Nümayəndələr Palatasına üzv seçiliblər. FaktXeber.com-un Huffpost-a istinadla verdiyi məlumata görə, bunlar Demokratik Partiyanın nümayəndələri Minnesotadan İlhan Omar və Miçiqandan Raşidə Tlaibdir.

İlhan Omar ailəsi ilə birlikdə Somalidən qaçıb. Keniyada bir neçə il qaçqınlar düşərgəsində qaldıqdan sonra o, ABŞ-a köçə bilib.

«Mən bu gün sizin tərəfinizdən Konqresə seçilmişəm… Bizim ştatı konqresdə  təmsil edən ilk rəngli dərisi olan qadın, ilk hicablı qadın, nə vaxtsa konqresə seçilən ilk qaçqın və konqresə seçilən ilk müsəlmanlardanam», - deyə İlhan Omar nəticələr elan olunandan sonra auditoriyaya müraciətində bildirib.

Digər demokrat qadın  Raşidə Tlaib Detroid ştatından Nümayəndələr Palatasına üzv seçilib. Onun özü ABŞ-d doğulsa da, validyenləri Fələstin miqrantlarıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Konqres 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com